Rəsul Rza-İnsan,Vətəndaş və Şair!
Tarix: 25-04-2017 | Saat: 15:34
Bölmə:Gündəm | çapa göndər
(Xalq şairinin doğum günü ərəfəsində Əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağların düşüncələri)
Çoxlara qatışıb itənlər,
Hər torpaqda bitənlər...
...Boş günlər,
boş ürəklər,
... Yetim qız uşağının
dəyişiksiz dizliyi.
Vaxtın rəngsizliyi!
Varlığın, həyatın, ötüb-keçən və bu keçənlərin oxşarı olan boz rəngin poetik ifadəsini, nəm-nişanını bu cür, belə təqdim edirdi ustad şairimiz Rəsul Rza. Əslində görkəmli sənətkarın çoxşaxəli yaradıcılığının başlıca qayəsini məhz bu bozluğa, rəngsizliyə qarşı barışmaz münasibəti, hər cür miyanəliyə olan vətəndaş etirazı təşkil edir. Bütün xatirələri, duyğuları oyadan rənglər dünyasına Rəsul Rzanın münasibəti belə idi ki:
Gördüyümüzdən artıq
görmək istəməsən
hər rəng adicə boyadır.
O, bütün düşüncəsi, həyat mövqeyi ilə "Nə qəm! Yaxşı ki, mən deyiləm!" təsəllisinin hər cür anlamına, yozumuna qarşı barışmaz mövqeyini sərgiləyirdi. Bütün həyatı boyunca "Məndən ötdü-qardaşıma dəydi" mövqesizliyi ilə yaşayan nakəslərə qarşı savaş açan Rəsul Rza sərtliyi, Rəsul Rza mərdliyi özündən sonrakı ədəbi nəslin də həyata və sənətə baxışını məhz bu sərtlik, bu mərdlik müstəvisində formalaşdırırdı. Bu sahədə örnəyə, istinad nöqtəsinə çevrilirdi. Özündən sonprakı ədəbi nəsil məhz böyük ustadın "Nə qəm, yaxşı ki, mən deyiləm!" - deyə düşünənlərə qarşı açdığı savaş estafetini bir az da önə götürürdülər. Xalq şairi Məmməd Araz məhz Rəsul Rzanın sözügedən misralarının məntiqindən çıxış edərək yazırdı ki:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi...
"Qara qatıq, ağ qurum, " istilalarının buqələmuları olan "təcrübəli meymunlar"ın qopardığı siyasi tozanaqlar nəticəsində dili ali məclislərdən qovulan, qolları buxovlu olan qəbilə və xalqların talelyini Rəsul Rza "Qaranın dərd çaları" olaraq təsvir edir və əslində bu anlatdıqlarının alt qatında o biçarə qəbilə və xalqların tərəfində durduğunu son dərəcə incə detallarla ifadə edirdi.
Həyatın hər cür durumu, yaşamı ilə bağlı suallara Rəsul Rza yaradıcılığının müdrik məntiqindən cavab almaq mümkündü. Bu baxımdan da gənc nəslin həyata hazırlanması, onların vətəndaş olaraq yetişməsi prosesində Rəsul Rza yaradıcılığının müstəsna əhəmiyyəti var.
Böyük şair 1958-ci ildə qələmə aldığı "Ərk qalası" şerində heç bir halda ibarəli şəkildə Ərk qalası uğrunda savaşa qalxan ərənlərin vətən, yurd, millət barədə açıq-saçıq səslənişləri, çağırışları üzərində dayanmır. Daha çox susuzluqdan qurumuş dodaqları qan hopmuş torpağı öpən, ufuldamadan can verən, son nəfəslərində qan rəngli bayrağı yaralarına basan adsız qəhrəmanların, şəhid oğulların durumunu təsvir edir:
...Söykənib qala divarlarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu
bir sırada dayanmış
ölülərin qabağından
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə,
Öldülər, ayaqlarının altında
Vətən torpağı.
Rəsul Rzanın bir çox başqa əsərləri ilə yanaşı “Məndə ixtiyar olsa” adlı şeri də tərbiyəvi baxımdan təsirli vasitələrdən biri kimi böyük dəyər daşıyır. Şairin “Mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın-analı ya anasız, mən istəyirəm güllər açılsın, güllələr açılmasın - amanlı ya amansız” istəyi bəşəriyyətin, yeni nəslin taleyi sarıdan nigaran hər bir çağdaş insanın arzusunu ifadə edir, “Gecələr ulduzlar oyaq olsun, insanlar yatıb dincəlsin, qüvvət toplasın sabahın xeyirli işlərinə” duyğusu bütün bəşəriyyətin xeyirxah niyyətinin şəkillənməsi kimidir. Bu istək və arzular bütov şəkildə insanlığın amal və düşüncəsini ehtiva edir, əslində hər kəsin ürək sözü kimi səslənir:
Mən istəyirəm
Sevinc, səadət bol olsun.
Ürəkdən ürəyə,
ölkədən ölkəyə
açıq yol olsun.
Rəsul Rza yaradıcılığını bu böyük sənətkarın şəxsiyyət, əqidə bütövlüyü ilə bir arada öyrətmək daha effektli və vacibdir.
Onun üçün Vətən anlayışı böyük qürur mənyəyidir. Bu qürur mənbəyinin tunc zəfərli keçmişi, isti, əziz qucağı ustad sənətkar tərəfindən ən zərif, doğma duyğularla vəsf edilməklə bütün hallarda vətəndaşlıq dərsi keçməyə hesablanıb. Rəsul Rza üçün “Azərbaycan” sözünün hər bir anlamı, hərfi, sözü, varlığı, eyni zamanda, yurdun hər cığırı, hər daşı, torpağı Vətən dadır. Bu fikir şairin “Şuşa” adlı şerindən başlıca amal kimi keçir. Tarix bu gözəl vətənin torpağında, daşında, haqq səsində yaşayır:
Tarix sənin
torpağında, daşındadır...
...Sənə əyri baxanları
qəzəbinlə külə döndər.
Dünənində qəhrəmanlıq
zirvəsi var.
Bu günündə
dostluq, ülfət havası var...
Bu gözəl yurdun, ana diyarın, eləcə də bəşəriyyətin taleyində könül qırıqlığının, qəlb sıxıntısının olmaması arzusu, istəyi Rəsul Rzanın bir şair, vətəndaş və insan olaraq başlıca mərami, həyat idealıdır. Eyni zamanda şair taleyi üçün dərin vətəndaşlıq, insanlıq nigarançılığı keçirdiyi vətən torpağında, anamız Yer üzündə əsl kişi ömrü yaşamağın, böyük ideallar uğrunda mübarizə aparmağın coşqun tərənnümçüsüdür. O, ömrü illərin sayına görə hesablayanların mövqeyini heç cür qəbul etmir. Ömür onun üçün mətanət, dözüm və kişilik mücəmməsidir və bütüm insanlığı bu düşüncəylə yaşayıb – ömür etməyə sövq edir. Ustad şairin “Çinar ömrü” adlı şeri başdan-başa bu ideyanı, istəyi təbliğ edir və Çinar, əslində, şairin arzusunda olduğu böyük insan ömrünün simvolu kimi təqdim edilir:
Bir belə çinar ömrü
olsun deyirəm, ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki,
Xatirələrdə yanğısı, izi qalsın.
Neçə-neçə ömürdən yox...
Bir ömür ki, kimsəyə
Əziyyəti dəyməmiş olsun...
Doğma yurd və ümumən bəşəriyyət məhz bu cür kişi ömrü yaşaya bilən insanların çiynində yaşayır, yükü bu duyğuya hesablanmış vətəndaşların çiynində daşınır. Bu yaşamda heç bir təmənna yoxdur. Rəsul Rza yaradıcılığı gənc nəsli məhz bu yöndən tərbiyə edir, onu gələcəyə hazırlayır və hər şeydən əvvəl bu böyük amalına görə oxunur, tədqiq olunur. Böyük şairlər məhz bu fikir ucalıqlarına görə bütün zamanlar üçün doğulur, bütün zamanların layiqli vətəndaşlarına çevrilə bilir. Rəsul Rza yaradıcılığı gəncliyi, böyüyən nəsli daim inkişafa, haqq savaşı uğrunda mücadiləyə, arzular, istəklər yolunda mübarizəyə səsləyir. Mübarizə onun üçün bu gün də var, yarın da... Bu gün və yarın da davam edən mübarizədə Azərbaycan insanı Rəsul Rzanı yenə də ön cərgədə görür.
Yaranışdan İnsan, Vətəndaş və şair doğulmuşların taleyi, qədəri belədir!
Səxavət Tağlar,
Respublikanın Əməkdar müəllimi, AYB-nın üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024