Qadağan edilən narkotik vasitələrin siyahısı artırılır
Tarix: 25-04-2017 | Saat: 12:44
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər
Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb.
Dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilir.
Belə ki, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına MT-45 (İC-6) və Asetilfentanil dərman preparatlarının adı əlavə edilir.
Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə alfa-pirrolidinovalerofenon (a-PVP), Metoksetamin (MXE), para-metoksimetilamfetamin (PMMA) və para-metil-4-metilaminoreks (4,4-DMAR) dərman preparatlarının adı əlavə olunur.
Bundan əlavə Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrinə siyahısına da Fenazepan dərman preparatının adı əlavə edilir.
Dəyişikliklər BMT-nin Narkotiklər üzrə Komissiyasının 2016-cı il mart ayında keçirilmiş sessiyasının iclas qərarına əsasən narkotiklərə nəzarət üzrə siyahılara 2 narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar təklif olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024