Rusiyadan ABŞ-a sərt ittiham – “Bütün əxlaq normalarını aşıb”
Tarix: 30-10-2026 | Saat: 19:43
Bölmə:Özəl | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi məhdudiyyətləri sərt tənqid edib.
Nazirliyin açıqlamasında Vaşinqtonun Kubaya göstərdiyi təzyiqin qanunsuz olduğu və bütün əxlaqi normaları aşdığı iddia edilib.
Rusiya XİN bildirib ki, Moskva Kubaya dəstəyini davam etdirəcək və bu ölkəyə qarşı tətbiq olunan embarqonun tamamilə ləğv edilməsini tələb edəcək.
“Rusiya hər zaman Kuba ilə çiyin-çiyinə dayanacaq və embarqonun tam aradan qaldırılmasını müdafiə edəcək”, – deyə nazirliyin bəyanatında vurğulanıb.
Beləliklə, Moskva ABŞ-ın Kubaya münasibətdə həyata keçirdiyi siyasətə qarşı mövqeyini bir daha ifadə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2026