Mobil versiya
Türkiyədə dələduzlara qarşı yeni sistem qurulur – Nazir açıqladı
Tarix: 29-10-2026 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

Türkiyədə dələduzlara qarşı yeni sistem qurulur – Nazir açıqladı



Türkiyədə maliyyə fırıldaqçılığı və dələduzluq cinayətlərinə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni mərkəzin yaradılması planlaşdırılır.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, Dələduzluqla Mübarizə Mərkəzi cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcı olacaq.

Yeni qurumun fəaliyyəti çərçivəsində prokurorluq, polis, jandarm, Maliyyə Cinayətlərinin Araşdırılması Komitəsi və banklar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Əsas hədəf dələduzluq yolu ilə ələ keçirilən pulların hərəkətini daha sürətli izləmək və zərərçəkənlərin maddi itkilərinin artmasının qarşısını almaqdır.

Nazirin sözlərinə görə, mərkəzin yaradılması müxtəlif dövlət qurumlarının və maliyyə təşkilatlarının dələduzluq halları ilə bağlı daha əlaqəli fəaliyyət göstərməsinə imkan verəcək.

Yeni mərkəzin fəaliyyətə başlayacağı tarix və iş mexanizminin digər detalları barədə isə hələlik əlavə məlumat verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2026