Ermənistanın sabiq prezidenti həbsdə qalacaq – Məhkəmədən yeni qərar
Tarix: 23-10-2026 | Saat: 21:52
Bölmə:Özəl | çapa göndər

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddəti daha iki ay uzadılıb.
Məlumata görə, İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi prokurorun vəsatətini təmin edərək sabiq prezident barəsində həbs qətimkan tədbirinin müddətinin artırılmasına qərar verib.
Avqustun 25-də saxlanılan Koçaryan qanunsuz əmlak əldə etməkdə ittiham olunur.
İstintaqın iddiasına əsasən, keçmiş prezident vəzifədə olduğu dövrdə səlahiyyətlərindən istifadə edərək bir sıra əmlakları bazar dəyərindən aşağı qiymətə əldə edib.
Cinayət işi çərçivəsində Koçaryan ailəsinə məxsus 35 əmlak vahidi araşdırılır. Onun oğlu Sedrak Koçaryanın da həbs müddəti daha iki ay uzadılıb.
Qeyd edək ki, oktyabrın 14-də Apellyasiya Məhkəməsi sabiq prezidentin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətini rədd etmişdi.
Koçaryan və ailə üzvlərinə qarşı irəli sürülən ittihamlar üzrə yekun məhkəmə hökmü barədə məlumat verilməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026