Mobil versiya
YAP Tovuz rayon təşkilatı İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib. -Fotolar
Tarix: 21-10-2026 | Saat: 18:05
Bölmə:Özəl | çapa göndər

YAP Tovuz rayon təşkilatı İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.

YAP Tovuz rayon təşkilatının Düz Cırdaxan, Cəlilli, Aşağı Mülkülü, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacıalılı, Əlibəyli, Ağdam və Vahidli kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.

İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, aparatın məsləhətçisi Kamran Qasımov , ərazi partiya təşkilat sədrləri, müavinləri və partiya fəalları iştirak edib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, partiya fəalları Şəhriyar Kazımov, Nizami Səmədov, Mehriban Rüstəmova və İlhaməddin Musayev çıxış edərək cənab Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının əsas istiqamətlərinə toxunublar.

Çıxışçılar Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması, dövlət müstəqilliyinin qorunması, eləcə də müasir dövrdə mövcud olan ideoloji risklər və onların cəmiyyətə təsirlərinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Həmçinin gənclərin zərərli ideoloji təsirlərdən qorunmasının və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini qeyd ediblər.

Natiqlər Ermənistanla münasibətlərin normallaşdırılması, regionda davamlı sülhün və sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi məsələlərinə də diqqət çəkiblər.

Sonda bildirilib ki, milli birlik, güclü dövlətçilik və müstəqil siyasət Azərbaycanın təhlükəsizliyinin və davamlı inkişafının əsas amilləridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2026