Sevdiyim oğlanı rəfiqəmlə görüşdürdüm, sonra...
Tarix: 19-04-2017 | Saat: 16:07
Bölmə:Gündəm / Karusel | çapa göndər
Onunla tanışlığımızın 30 ildən çox yaşı var. Həmin vaxtlar o, V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinin 1-ci kurs tələbəsi idi. M.Ə.Sabir adına Mərkəzi Kitabxanadakı “Pərvanə” ədəbi məclisindən başlayan tanışlıq axır ki, dostluğa çevrildi. Aran rayonlarından birində müəllimə işləyir. Sərvanə onun şərti adıdır. Ana olaraq 3 övladının dünyaya gəlişinin sevincini yaşayıb. Şair olaraq da bu günlərdə ikinci kitabının sevincini yaşayacaq...
Şəhərə hər gəlişində görüşürük. “Mənim həyatım yazmaqla bitməyən, faciə, iztirab dolu bir əsərin mövzusudur”. O, bunu hər görüşümüzdə onun həyatı, səhhəti və yaşamı ilə bağlı sorumda deyir. Məlumatlı olsam da, onu qırmaq istəmirəm, həmişə mövzunu dəyişirəm. O, bəlalı bir sevgi yaşayıb, elə indi də o sevginin alovu onu qarsayır, yandırır. İtirdiklərinə heyfi gəlmir, aldanmağına, bir gül olaraq dərilib atılmağına isə çox peşmandır. Bu, onun alın yazısının, həyatının ən qara, ən ağrılı yeridir. Yadıma düşür, bəstəboy, gözəl çöhrəsi olan, yaraşıqlı bir qız idi. Hər kəs ona vurula bilərdi - zahiri gözəlliyi bunu onu görənlərdən sanki tələb edirdi. Özü isə… Özünün isə gözləri sevgidən kor olmuşdu. O “kor gözlər” institutlarında oxuyan Tahir adlı birisindən başqa kimsəni görməmişdi, qəlbinə kimsəni yaxın buraxmamışdı… Tahir isə ona xəyanət etdi. Sonradan ailə qursa da, Tahiri heç unutmadı.
Hətta onu bağışladı da… Tale isə Tahirə iztirablar yaşatdı. Yenə də qəhrəmanımızın ona yazığı gəldi. Tənha vaxtında, əri qəza nəticəsində dünyasını dəyişmiş tənha tələbə yoldaşı Nahidəni ona məsləhət gördü, onların hər ikisinin tənha qalıb ağrı-acıdan uzaq olmasını istədi, onların ulduzları birləşdi, amma qəhrəmanıma xəyanət etdilər. Bu dəfə isə heç dost kimi də yada salmadılar…
Budəfəki görüşümüzdə bildim bunu. Şəhərdəki parkların birində çiyin-çiyinə gəzərkən nəql etdi hər şeyi.
Axar.az-ın “İnsan taleyi” layihəsinin budəfəki qəhrəmanın acı taleyi ilə sizi baş-başa qoyuruq.
- Sən ölənə qədər onun xəyalı ilə yaşayacaqsan. Sən aciz və bədbəxtsən. Sənə bu iztirabı yaşadan, adının üstünə ad gətirən, gəncliyini, həyatını puç edən birisinin ardınca bu qədər gəzmək olar? O, yad adamdır. Ailəsi, uşaqları... səndən isə sadəcə istifadə edib. - Bir dost kimi qəzəbliyəm ona.
O isə yenə də ondan danışır. Onlu və onsuz illərinə, günlərinə qayıdır:
- Heç olmasa, sən dinlə. Tanıdıqlarımın heç birinə güvənmirəm. Allah səni mənim iztirabımı dinləməkçün yaradıb.
Üstünə getmədim. Bir qədər susqun durdu və günahkar bir səslə dilləndi:
- Düz deyirsən, əslində, bu mövzuya qayıtmaq ona qayıtmaq qədər ağırdır mənə.
Sonra ayaq saxladı, qoluma girdi. Bilmədim, o, bunu mənim hələ də əməliyyatdan sonra ağrıdığıma görə etdi, yoxsa ötənlərin xoş xatirələrində qımıldanmaq, qayğılanmaq üçün… Səsində isə qəribə bir inciklik vardı. Bir az da sıxıldı mənə:
- Düzünü bilmək istəsən, rəfiqəmi ona təklif edəndə bu işin baş tutacağına inanmırdım. Onun rəhmsizcəsinə bu işin arxasına düşdüyünü görəndə daha geriyə yol olmadığını gördüm. Sonra münasibətləri o qədər sürətlə irəlilədi ki, göz açıb yumunca hər şey tamamlandı.
Sərvanənin, elə bil, çiyinlərindən ağır bir yük götürüldü. İkimiz də ayaq saxladıq. Gözlərimin içinə baxdı. Hiss etdim ki, təəssüfqarışıq sevinc hissləri də var bu baxışlarda. Rəfiqəsi Nahidə ilə bir vaxtlar sevgili olduğu Tahirin ulduzlarının birləşməsinə heç də pis baxmırdı.
- Bu, hər ikisinə xoş olmalıdır. Hər ikisinin həyatında ağır məqamlar olub, hər ikisinin xoşbəxt yaşamalarını istəyirəm…
Dedi və susdu. Nə isə deməyimi, münasibət bildirməyimi istədi. Mənim dinmədiyimi gördükdə əlavə etdi:
- Əslində, özümə qarşı haqsızlıq elədim, çəkdiyim acıları təkrar özümə yaşatdım. Onlarla yeni bağlarla bağlanacağımı zənn etdim. Amma ikisini də birdən itirdim. Bunu mənə deyən yoxdur, özüm hiss edirəm. Vasifin (şair Vasif Süleymanı nəzərdə tutur – red.) gözəl bir şeiri var: “İki bədbəxt bir yerdə necə bəxtəvər görünür”. Bax, mənim məqsədim də həyatı dağılmış bu iki insanı xoşbəxt görmək idi…
Yenə də addımlarını yavaşıdır, ayaqlarından daş asılıb, elə bil, bu tərəfdən də mənim ağır-ağır yeriməyim, onun qolumdan asılmağı kənardan baxanların nəzərində iki bəxtəvər adamın gəzintisi kimi yozula bilərdi.
- İnanırsan, gördüyüm işin peşmançılığını çəkmirəm?!
Sonra qolumu sıxır, silkələyir, sanki, gözlərini gözümə daha cidd-cəhdlə dikir:
- İnanmırsan? İnan, sadəcə məni ağrıdan onların laqeydliyidir. Bir müddət həssaslıq göstərə bilərdilər. Onsuz da zamanla hər şey yoluna düşür.
- Dostların, tələbə yoldaşların səni fədakar, qəhrəman kimi xarakterizə etdi, hə? - istəmədən səsimdə kinayə duyulur.
- Yox, əksinə, digər tələbə yoldaşlarım, yəni qızlar, bunu dərin kədər və təəssüf hissi ilə qarşıladılar, onları nə qədər müdafiə etsəm də, nə onlara, nə də mənə haqq verdilər.
- Elə bil, dünən tanış olub, bu gün ayrılmısız. - Araya şuxluq salmaq niyyətim baş tutmur.
- Onunla ayrılığımızdan 30 il keçir. Bu illər ərzində cəmi üç dəfə görüşmüşük. Yəni dərdləşmişik. Həmişə də ayrılığın hansı səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışmışıq. - Sonra dediklərinə özü də inanmırmış kimi davam edir: - O zaman o yüksək rütbəli zabit idi… Bəlkə də mən heç yadına da düşmürdüm. Nə olsun ki, mən heç onu unutmadım. Münasibətlərimizin bu qədər uzunömürlü olmasını əsl səbəbkarı mən idim.
Dayandıq. Hər ikimiz oturmaq üçün yer gəzdik. Bu arada Sərvanə mənim üçün anbaan doğmalaşırdı.
- Mən unutmağı bacarmayan insanam, sən ki bunu bilirsən…
- Yəni heç məni də unutmadın?
- Sən yaxşı dostsan, o qədər bütövsən ki… Səni heç unutmaq olar? - Sonra ciddiləşir: - Nə qədər ki, mən onu sevirdim, o, məni görmürdü, mən onu unutmağa başlayanda o məni fərq etdi. Nə qədər güclü məhəbbət olsa da, zaman-zaman müxtəlif çalarlara düşür və adiləşib dostluğa da çevrilə bilir. Bilirsən, sonuncu hadisə onu gözümdə sıradan birinə çevirdi. Əslində, məni heç vaxt sevmədiyinə inandırdı. Mən isə… Nə isə, beləcə “əbədi məhəbbət nağılı” sona yetdi…
Axır ki, yer tapıb otururuq, yenə də qayğıma qaldı, “sənə soyuq olar, dur, şərfimi sərim, üstündə otur”, - dedi.
- Narahat olma, sağlamam və hava da, skamya da soyuq deyil. Bəs rəfiqən?
- Rəfiqəmin deməyinə görə, hər ikisi ömürləri boyu mənə duaçı olacaqlar, söhbətlərinin əvvəli də mənəm, axırı da. Bir sözlə, xeyirxahlıq mələyinə çevrilmişəm. Bilirsən, kiməsə yaxşılıq eləyəndə sanki Allahı görürmüş kimi oluram. Ruhum dincəlir, paklaşır. Savab qazanmaq istəyirəm, o dünyaya əlidolu, qəlbidolu getmək istəyirəm. - Sərvanə yenə də dəyişdi, ehtiyat edirmiş kimi ətrafa boylandı: - Amma qəlbimin dərinliyində bir nigaranlıq da var. Təbiəti etibarsızlıqdan yoğrulan bir adamın bu biçarə qıza da haqsızlıq edəcəyindən qorxuram. Həyat yoldaşı rəhmətə gedəndən sonra bir həkim qadınla vətəndaş nikahında yaşayırmış. O qadının onun üstündə çox zəhmətləri olubmuş, o qadını da öz kaprizlərinə qurban verdi. Yüz ilə qurduğunu bir anda dağıda bilən insandır. Deyir, Nahidəyə də demişəm ki, mən bu cür adamam, mənimlə ehtiyyatlı ol.
Sonra qorxurmuş kimi altdan-yuxarı sifətimə baxdı, skamyadan qalxıb, pıçıldayırmış kimi dedi:
- Nədənsə bu izdivacda bir təmənna da görürəm, bu, mənim qənaətimdir. Məncə, rəfiqəm kasıb, imkansız birisi olsaydı, bu sevda baş tutmazdı. Yəqin ki, burada özünün faydalana biləcəyi məqamlar var. Bilirsən, çox maraqlıdır ki, qızı görən zaman onu olduğu kimi qəbul etmədi, saçından, geyimindən, danışığından tutmuş, hər şeyini özü istədiyi kimi dəyişməyə çalışdı, qız da bu qəlibə girdi. Öz təbiiliyindən çıxıb bu çərçivələr içərisində nə qədər qala biləcək, bilmirəm. Qız axı bir qədər üsyankar, yeri gələndə sərhədləri aşandır. Amma uzun illər kişi qayğısına, diqqətinə həsrət qaldığı üçün ola bilər ki, hər çətinliyə dözsün. - Gödəkçəmin çiynindən dartdı, “dur ayağa, gəzək” dedi və əlavə etdi: - Təki dözsün, mənim amacım da onları tənhalıqdan qurtarmaqdır. Bunu deməklə onları aşağılamaq istəmirəm, sadəcə qəhrəmanlarını sənə yaxından tanıtmaq istəyirəm.
- Deyəsən, bir az da peşmansan axı…
- Əsla, peşman deyiləm, məni ağrıdan bilirsən nədir?.. Yox, deməyəcəm, çox xırdalanmaq istəmirəm. Demişdilər, sizə gələcəyik, görüşüb xeyir-duanı alacağıq, halallıq olsun. Tahir daha məndən qorxur, başına gələn bəlalara görə, özüm də deyirəm ona ki, mənim ahım tutdu səni. Mənə qarşı haqsızlığına, axıtdığım göz yaşlarıma, oğurladığın, məhv etdiyin gəncliyimə görə… Amma mən bağışladım onu, çəkdiyi cəzalara, əzablara görə. İndi ürəyim sakit, kinsiz-küdurətsizdir. Onun çəkdikləri göz qabağında oldu, mənimkilər isə gizli... Verdikləri sözü tutmadılar, gəlmədilər... İnnən belə də heç istəmirəm, əslində, özüm də icazə vermədim gəlməyə, amma gözlədim, süfrə açdım. Dedim, sonuncu dəfə görmək istəyirəm səni, dedi, elə mən də istəyirəm. Gəldi, dünən ayrılmışdıq kimi… Hissiz, duyğusuz, uzun illərdir görüşməmişdik, çiçəksiz, kiçik bir hədiyyəsiz.. Çəkdiklərinə rəğmən, həyatın tam üstündə… Baxdım, baxdım, sonuncu dəfə qırıldım.
Allaha çox şükür edirəm məni savab bir işə vəsilə etdiyinə görə. Təki xoşbəxt olsunlar! Etdikləri dualar, alqışlar övladlarımın yolunu açıq etsin, bu, mənə bəsdir. Mənim öz qayğılarım və işlərim var, haydı, hər kəs öz yoluna… Bilirəm yazacaqsan… elə özüm də istəyirəm yazasan, amma mənim haqda ehtiyatlı ol.
Bir məqamı da yadına salım, onu bizim fakültədə hamı tanıyırdı. Demək ki, qızlarımızdan onda gözü olanları da varmış. Rəfiqəm dedi ki, elə bil, onu yüz ildir tanıyıram. Ona görə də münasibətləri asanlıqla baş tutdu. Vatsapda yazırdı ki, mənə qarşı çox diqqətcildir, mərifətli, qanacaqlı, hər şeyin yerini biləndir.
Gördüm, elə şeylər var ki, məni ağrıdır, həm də onun özünü də narahat edir. Bir müddət Vatsapı bağladım, dedim, hər üçümüz üçün belə yaxşıdır. İntaqramdan boy verdi, sevgi təcəssüm etdirən şəkillərlə… Gənclər elə bilir, onlardan başqa sevə bilən yoxdur. Demək, 50 yaşlı qadın da 15 yaşlı qız kimi sevə bilərmiş. Bilirsən, elə başa düşülməsin ki, həmişə mən onu axtarmışam. O, Şamaxıda hərbi komissar olduqda rayonumuzdan olan bir jurnalistdən mənə telefon nömrəsini göndərmişdi. Mənə qalsaydı, onu heç vaxt axtarmağa cəsarət etməzdim…
Ona rəhmim gəlir, həm də hörmətim artır. Bu boyda ürək sahibi olmaq hər kəsdə müşahidə olunmur. Sevgisini, saflığını tapdalayan birisinə rəhmi gəlmək, onun xoş gününü görmək istəyi... Ürəyimdən keçirirəm, amma susuram. O isə danışır:
- Elə bilirəm, bütün ömrümü cəza çəkirəm. Amma sevməkdən başqa bir günah işləməmişəm ki, bu boyda cəzaya layiq olum. Səni sevməyən bir kişiylə yaşamaq inan ki, dünyanın ən ağır cəzasıdır. Bəlkə də həyat yoldaşım mənə qarşı diqqətcil, mehriban olsaydı, onu çoxdan unutmuşdum. İyirmi üç illik ailə həyatımızda bircə kəlmə xoş sözünü yadıma sala bilmirəm, üzümə güldüyünü xatırlamıram. Əslində, heç olmayıb da. Arxaya dönüb həyat yoluma nəzər salanda dəhşətə gəlirəm. Bu həyata necə dözmüşəm? Həyatımda olan bu boşluq məni onu unutmağa qoymadı. Çəkdiyim əzabların səbəbkarı o idi. Ona çox inanırdım, o qədər bağlanmışdım ki, gözüm heç kimi görmürdü.
Ötənlər onu tərk etmir. Ötən günlərindən isə ona ancaq təəssüf, ağrı, iztirab qalıb. Yenə də o illərə qaytarır məni:
- Tələbəlik illərində şeir dərnəyinə gedirdim. Bir dənizçi oğlanın inadkar odlu baxışlarını həmişə dərnək məşğələlərində üzərimdə hiss edirdim. Çox sıxılırdım. Əslində, yazıq oğlan mənə heç nə deməmişdi. Amma elə şeylər var ki, heç onları deməyə ehtiyac da yoxdur. Bir dəfə Tahirdən xahiş etdim ki, mənimlə dərnəyə gəlsin, dənizçi oğlan onu görsün və məndən əl çəksin. Əl çəkdi də! Amma həyatımda itirdiyimə ən çox təəssüf etdiyim oğlan oldu o dənizçi. Düzü, o da məni unutmadı. Uzaqdan-uzağa, keçən illərin o uzaq məsafəsindən izlədi məni. Görünür, o da asanlıqla unuda bilməyənlərdən idi… Hərdən mənə elə gəlir ki, o, mənim yanımdadır. Ona sığınıram, onunla paylaşıram, elə səninlə olduğu kimi…
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024