“Kızılcık Şerbeti”nin Nursemasından gözlənilməz etiraf: “Mən də sonradan xəbər tutdum”
Tarix: 09-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Nursema obrazı ilə tanınan aktrisa Ceren Karakoç layihədən ayrılması ilə bağlı ilk dəfə diqqətçəkən açıqlama verib.
Aktrisanın sözlərinə görə, obrazının ssenaridə avtomobil qəzası nəticəsində öldürüləcəyindən əvvəlcədən xəbəri olmayıb. Əksinə, prodüserlə növbəti mövsümdə də əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlib.
“Prodüser mənə növbəti mövsümdə görüşəcəyimizi demişdi. Hər şeyi razılaşdırıb tətilə yollandım. Sonradan şirkətdən təcili zəng gəldi. Məni çağıranda həqiqəti öyrəndim və əməkdaşlığımızın başa çatdığını bildirdilər”, – deyə Karakoç açıqlayıb.
Ceren Karakoç serialdan ayrılmaq qərarının özü üçün də gözlənilməz olduğunu vurğulayıb. Aktrisanın sözləri Nursema obrazının ekran hekayəsinin necə başa çatdırılması ilə bağlı yeni müzakirələrə səbəb olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər