Ərdoğandan İsrailə sərt ittiham: “Qonşularının təhlükəsizliyini özünə təhdid sayır”
Tarix: 09-10-2026 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Yaxın Şərqdə həyata keçirdiyi siyasəti kəskin tənqid edərək regionda sülh və sabitliyin təmin olunmasına maneələr yaradıldığını bildirib.
Türkiyə liderinin sözlərinə görə, İsrail rəhbərliyi yalnız regional sülhü deyil, qonşu ölkələrin təhlükəsizliyini də öz maraqlarına qarşı təhdid kimi qiymətləndirir.
“İsrail regionda sülhü və təhlükəsizliyi, xüsusilə də qonşularının təhlükəsizliyini özü üçün birbaşa təhdid hesab edir”, – deyə Ərdoğan vurğulayıb.
Prezident beynəlxalq ictimaiyyətin baş verən hadisələrə reaksiyasından da narazılığını ifadə edib. O bildirib ki, mövcud beynəlxalq hüquq mexanizmlərinin və sanksiya imkanlarının lazımi səviyyədə tətbiq edilməməsi regiondakı problemlərin həllini çətinləşdirir.
Ərdoğanın fikrincə, beynəlxalq təşkilatların təsirli addımlar atmaması Yaxın Şərqdə gərginliyin davam etməsinə şərait yaradır. Türkiyə dövlət başçısı ədalətin və davamlı təhlükəsizliyin təmin olunması üçün dünya ictimaiyyətini daha fəal mövqe nümayiş etdirməyə çağırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər