Mobil versiya
Putin ad günün onunla keçiribmiş
Tarix: 08-10-2026 | Saat: 22:58
Bölmə:Dünya | çapa göndər

Putin ad günün onunla keçiribmiş


Rusiya Prezidenti Vladimir Putin ad gününü Almaniyanın keçmiş kansleri Gerhard Şreder ilə birlikdə qeyd edib.

“aia.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya lideri oktyabrın 7-si səhər saatlarında kütləvi informasiya vasitələrindən Şrederin Moskvada olduğunu öyrənib.

“Prezident öz köhnə dostunu evinə qonaq dəvət edib”, – deyə Kremlin açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən gün mətbuatda Almaniyanın sabiq kanslerinin işgüzar səfərlə Moskvada olduğu barədə xəbərlər yayılmışdı. Şreder “Qlobus” ticarət şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə görüş keçirib.

Xatırladaq ki, 82 yaşlı Gerhard Şreder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. O, 2008-ci ildən Rusiya Elmlər Akademiyasının xarici üzvü və Sankt-Peterburq Universitetinin fəxri doktorudur. Kansler olduğu dövrdə Şreder Putini “qüsursuz demokrat” adlandırmışdı.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov onları dərin dostluq münasibətlərinin bağladığını bildirib. Putin özü də Şrederi dostu və Avropa İttifaqı ilə dialoqda Rusiya üçün ən arzuolunan danışıqlar aparan şəxs kimi dəyərləndirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026