Çıxış Azərbaycan dövlətinin bəşəriliyinin təsdiqi kimi tarixləşdi -Səbinə XASAYEVA
Tarix: 08-10-2026 | Saat: 19:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dünya dövlətlərinin böyük əksəriyyəti bəşəri dövlət olan Azərbaycanla ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr saxlayır. Belə münasibətlər dövlətlərin inkişafını sürətləndirir, modernləşdirir. Bu əlaqələr Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişlənib. Türkdilli dövlətlərlə ikitərəfli münasibətlər çoxtərəfli münasibətlər formatında da davam etdirilməkdədir. Bu sıradan Mərkəzi Asiya dövlətləri də istisna deyil. Bu əlaqələr müxtəlif tədbirlərlə, görüşlərlə uğurla davam etdirilir.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də bu əlaqələrin təzahürüdür. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının üzvü olmasının Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə keçən il Avazada gerçəkləşdiyini, iki dövlət arasında siyasi dialoqun intensivliyini, ikitərəfli əlaqələrin daha da gücləndirildiyini, Türkmənistanın Füzuli şəhərində məscid, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etdirdiyini, ... xatırladaraq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin xeyli genişləndiyini də bildirdi. Çıxışında Azərbaycanın Qazaxıstanla, Özbəkistanla və Qırğızıstanla birgə investisiya fondları yaradıldığını diqqətə çatdıran dövlət başçımız dedi: “Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Xəzər dənizinin ölkələr arasında qarşılıqlı nəqliyyat əlaqələrinin aparılmasında, Xəzərin sahillərində mövcud olan nəqliyyat infrastrukturunun Mərkəzi Asiya və daha geniş ərazilərlə birləşdirilməsində əhəmiyyətindən söz açaraq dedi ki, “Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb”.
Azərbaycanın enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynadığını, Türkmənistandan və Qazaxıstandan neftin ölkəmiz vasitəsilə nəql olunduğunu, bu daşımaların həcminin artdığını, bərpaolunan enerji sahəsində əməkdaşlığın davamlı olaraq genişləndiyini, yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparıldığını da xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də əminliklə dedi ki, “...əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”.
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı dövlətlərarası münasibətlər sistemində siyasi manifest kimi dinlənildi və Azərbaycan dövlətinin bəşəriliyinin təsdiqi kimi tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2026