Ana Sayfa > Karusel / İdman > Messi Argentina millisi ilə vidalaşdı
Messi Argentina millisi ilə vidalaşdıBu gün, 09:43. Yazar: Subhan |
![]() Argentina milli futbol komandası yoldaşlıq oyununda Benini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma hücumçu Lionel Messinin milli komandadakı son oyunu olub. aia.az xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüşdə Argentina millisinin qollarını Nikolas Otamendi, Niko Paz və Lionel Messi vurub. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib və iki məhsuldar ötürmə edib. Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, milli komandada 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib. Qeyd edək ki, Messi Argentina ilə 2022-ci il dünya çempionatının, iki dəfə Amerika Kubokunun və Finalissimanın qalibi olub. aia.az Geri dön |