Mobil versiya
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Tarix: 03-10-2026 | Saat: 09:34
Bölmə:Siyasət | çapa göndər

Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi


Azərbaycan və Ermənistanın NATO ilə yeni tərəfdaşlıq proqramlarının təsdiqi bir ildən artıqdır yubanır. Musavat.com xəbər verir ki, məsələnin arxasında Fransa və Türkiyənin iki sənədlə bağlı fərqli mövqeləri dayanır.

“Politico” NATO diplomatlarına istinadən Fransanın Azərbaycanın NATO ilə yeni Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramının (ITPP) təsdiqinə razılıq vermədiyini yazıb. Paris buna Azərbaycanda Fransa vətəndaşının həbsini səbəb göstərib.

Nəşrin məlumatına görə, Fransanın bu mövqeyinə cavab olaraq Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistanla bağlı tərəfdaşlıq proqramının ayrıca təsdiqlənməsinə razılıq verməyib. Nəticədə Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərini əhatə edən hər iki sənədin təsdiqi bir ildən artıqdır yubanır.

“Politico”ya danışan Türkiyə rəsmisi məsələnin Türkiyə ilə Fransa və ya Türkiyə ilə Ermənistan arasında qarşıdurma olmadığını bildirib. Onun sözlərinə görə, Ankara uzun müddətdir Azərbaycan və Ermənistanla bağlı ITPP sənədlərinin eyni vaxtda təsdiqlənməsinə hazırdır.

NATO rəsmisi isə alyansın həm Azərbaycan, həm də Ermənistanla müdafiə planlaşdırılması, təlimlər və hibrid təhdidlərə qarşı mübarizə də daxil olmaqla geniş əməkdaşlıq apardığını və hər iki tərəfdaşlıq proqramını irəli aparmağa hazır olduğunu bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2026