Mobil versiya
Azərbaycan dolların məzənnəsini 1,70 manat səviyyəsində sabitləşdirir
Tarix: 13-04-2017 | Saat: 17:18
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Azərbaycan dolların məzənnəsini 1,70 manat səviyyəsində sabitləşdirir







Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (SOFAZ) birgə keçirdiyi növbəti valyuta hərracı 1,7026 AZN/USD məzənnəsi ilə tamamlanıb.

Nəticədə, dolların rəsmi məzənnəsi əvvəlki valyuta hərracının nəticəsi ilə müqayisədə 0,0003 manat azalıb.

“Report”un analitik qrupu bildirir ki, AMB son iki valyuta hərracında dolların rəsmi məzənnəsinin 1,70 AZN/USD səviyyəsindən aşağı salmaq istəmədiyini göstərib. Belə ki, aprelin 11-də məzənnə 0,0002, bu gün isə 0,0003 bənd geriləyib.

Analitik qrup bildirir ki, son günlərdə nağd valyuta bazarında dollar faktiki rəsmi məzənnədən 3,5% aşağı satılırdı.

“Belə ehtimal etmək olar ki, Mərkəzi Bank bu durumdan narahat olub və bazardakı məzənnənin rəsmi məzənnəyə yaxın olmasını istəyib. Sabitləşmə yarandıqdan sonra isə neft qiymətlərində artım davam edərsə, dolların ucuzlaşması prosesi yenidən davam edə bilər.

Digər ehtimal isə ortamüddətli perspektivdə dolların məzənnəsinin 1,70 AZN/USD səviyyəsində sabitləşdiriləcəyini nəzərdə tutur”, - deyə analitiklər qeyd ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024