Mobil versiya
Bakıda doğuş faciəsi: Ana və uşaq öldü
Tarix: 10-04-2017 | Saat: 11:12
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər

Bakıda doğuş faciəsi: Ana və uşaq öldü



Bakıda doğuş zamanı ana və uşaq ölüb.
Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının baş həkimi Mahir Babayev bildirib ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı hamiləliyin 28-ci həftəsində çox ağır vəziyyətdə Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına daxil olub.

"Bizə gələndə vəziyyəti ağır idi. Onda qaraciyər, böyrək çatışmazlığı, sepsis vardı. Təcili əməliyyata alındı, lakin həyatını və uşağı xilas etmək mümkün olmadı. Həmin xanımın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib. Bundan sonra Doğuşayardım Komissiyasında iş araşdırılacaq”.

M.Babayev bildirib ki, bu, dünyasını dəyişən qadının 3-cü hamiləliyi imiş.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024