Əli Məsimlidən sərt ETİRAZ: “Soyğunçuluqdur”
Tarix: 07-04-2017 | Saat: 17:10
Bölmə:İqtisadiyyat | çapa göndər
““Banklar haqqında” qanuna dəyişiklik layihəsinin əsas aparıcı müdddəaları anlaşılan olmadığından, bu maddələrlə bağlı əlavə arayış verilməlidir”.
Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında “Banklar haqqında” qanuna edilən dəyişikliklərlə bağlı danışarkən deyib.
Deputat bildirib ki, bu mürəkkəb və anlaşılmayan maddələrlə bağlı əlavə arayış verilməlidir.
O, layihədə nəzərdə tutulan digər çatışmazlıqlar barəsində danışaraq bildirib ki, birbaşa apellyasiya şikayətinin indiki məqamda nə dərəcə doğru olduğunu izah edilməlidir. “Digər məqam isə tərəflərə verilən konkret günlərin qoyulması ilə bağlıdır.
Hesab edirəm ki, bu da yanlış yanaşmadır. Təklif edirəm ki, gün iş günü ilə əvəz olunmalıdır. Bu gələcəkdə mübahisəli məqam yarada bilər. Ümumiyyətlə mən qanunvericilikdə konkret gün məsələsinin iş günü ilə əvəz olunmasını təklif edirəm. Biz elə etməliyik ki, gələcəkdə mübahisə və toqquşma üçün yer qalmasın”.
Deputat deyib ki, ümumiyyətlə Azərbaycanda bank sistemi o qədər çöküb ki, ölkədə sistemli bankın olması sual altındadır.
“Burada sistemli bank haqqında verilən təriflərin özündə belə əksikliklər var. Bu, düzgün yanaşma deyil. Mənim digər iradım Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən əlavə səlahiyyətlərlə bağlıdır. Ola bilsin ki, indiki məqamda bu keçərlidir. Ancaq biz hüquqi dövlət qururuq. Kimsə zəmanət verə bilməz ki, Palata sabah bundan öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək.
Palatanın bundan öz məqsədləri üçün istifadəsi ilə mütləq olacaq. Bu məsələyə də aydınlıq gətirilməlidir”.
Əli Məsimli bankların yüksək faizli və dollarla verdiyi kreditlərə kəskin etirazını bildirib.
“Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur. Ona görə də bu dəyişikliklər öz effektini verməyəcək. Təklif edirəm ki, hökumət min dollaradək olan kreditlərə güzəştə getməlidir. Əgər hökumət mayın 28-dək belə bir addım atarsa, zaman biz bu sahədə ciddi dəyişikliyin baş verəcəyinin şahidi olacağıq”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024