Sahibə Qafarova: Azərbaycanda insan kapitalının inkişafı, təhsil və innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Tarix: 09-09-2026 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm / Parlament | çapa göndər

Azərbaycanın dayanıqlı inkişaf siyasətinə uyğun olaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, təhsil və innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarında işgüzar səfəri çərçivəsində Kolumbiya Universitetində “Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi” mövzusunda çıxışı zamanı deyib.
Azərbaycan parlamentinin spikeri insan amilinin dayanıqlı inkişafın əsasını təşkil etdiyini vurğulayaraq, təhsilin, peşə bacarıqlarının inkişafının, layiqli əməyin, bərabər imkanların və gənclərin proseslərdə fəal iştirakının əhəmiyyətinə diqqət çəkib.
Milli Məclisin sədri Azərbaycanın iqlim gündəliyinə də toxunaraq, enerji, iqlim və inkişaf arasında əlaqənin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, ənənəvi enerji resursları iqtisadi inkişafda mühüm rolunu qoruyur, bununla belə, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi və enerji keçidinin sürətləndirilməsi Azərbaycanın əsas prioritetlərindəndir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-09-2026
08-09-2026