“Alkoqollu içkilər içmirəm və siqaret çəkmirəm, ona görə də...” – Deputat erməni məhsulları haqda danışdı
Tarix: 04-09-2026 | Saat: 13:07
Bölmə:Ölkə | çapa göndər

“Alkoqollu içkilər içmirəm və siqaret çəkmirəm, ona görə də Ermənistandan eksport olunacağı deyilən bu məhsulları istehlak etməyim istisnadır”.
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-un “Ermənistandan Azərbaycana göndəriləcək ərzaq və sənaye məhsullarından istifadə edəcəksinizmi” sualına cavabında bildirib.
Deputat qeyd edib ki, ərzaq məhsullarına gəldikdə, Azərbaycan ərzaqları, meyvə-tərəvəzləri öz keyfiyyəti və aşağı qiyməti ilə həmişə fərqlənir. Ona görə də əgər erməni sahibkarları o məhsulları Azərbaycana eksport etmək istəyəcəklərsə, keyfiyyətli Azərbaycan məhsulları ilə ciddi rəqabəti nəzərə almalıdırlar:
“Ermənistan sənaye məhsullarının və xammalın Azərbaycana eksport edilməsinə gəldikdə, bu, tələb və təklifdən asılıdır. Azərbaycan iqtisadiyyatı onsuz da bir çox ölkələrlə sıx bağlıdır. Əgər Ermənistanın təklif etdiyi sənaye məhsulları qiymətinə, nəqliyyat xərcinin azlığına görə cəlbedici olacaqsa, şübhəsiz, bu məsələ barəsində razılığa gəlinə bilər. Müəyyən məhsullar barəsində iki dövlət arasında razılaşmaların əldə edilməsini müsbət qiymətləndirirəm. Qonşu dövlətlər bir-biri ilə ticarət etməlidirlər, iqtisadi əlaqələri, birgə layihələri olmalıdır. Gediş-gəliş çox olmalıdır, humanitar əlaqələr güclənməlidir. Belə olduqda uzunmüddətli və möhkəm sülhün əsası qoyulmuş olur. Bu məsələdə hamı maraqlı olmalıdır. Son dövrlər Ermənistan rəsmilərinin bəyanatı göstərir ki, Ermənistan artıq Azərbaycanla hərtərəfli münasibətlərin olmasında maraqlıdır. Təki belə olsun. Belə olacaqsa, Azərbaycan da müvafiq münasibət göstərəcək. Bütün dünya Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır”.
Qeyd edək ki, Nikol Paşinyan Azərbaycan şirkəti ilə Ermənistan şirkəti arasında konkret kommersiya müqaviləsinin bağlandığını, Ermənistan istehsalı olan məhsulun Azərbaycana satışı üzrə ilk birbaşa əqdin artıq mövcud olduğunu açıqlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-09-2026
12:29 Sabah yağış yağacaq
03-09-2026