Mobil versiya
Mikayıl Cabbarov təhsillə bağlı əmr verdi
Tarix: 06-04-2017 | Saat: 11:12
Bölmə:Təhsil / Manşet | çapa göndər

Mikayıl Cabbarov təhsillə bağlı əmr verdi



Təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

AİA.az-ın xəbərinə görə, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2012-ci il təvəllüdlü 5 yaşlı uşaqların sayının dəqiqləşdirilməsi, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin və müəllimlərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görülsün.

Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsi nəzarətdə saxlanılmalı, məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsi təmin edilməlidir.

Bu ilin avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatlar və görülən işlər barədə yazılı hesabat nazirliyə göndərilməlidir. Məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb ediləcək: “Müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri məktəbəhazırlıq qruplarının mövcud normativlər əsasında və müəyyən edilmiş say çərçivəsində təşkilini nəzarətdə saxlasınlar”-deyə əmrdə qeyd olunub.

Həmçinin əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024