Ali məktəblərə kimlər imtahansız qəbul olunacaq?
Tarix: 05-04-2017 | Saat: 12:39
Bölmə:Təhsil / Karusel | çapa göndər
Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. DİM-dən verilən məlumata görə, “Təhsil haqqında” qanuna əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bu kateqoriyadan olan abituriyentlər 5-16 aprel tarixlərində “Abituriyentin elektron ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər.
Bildirilir ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Bunlara fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları, Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan), Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan), Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan), Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya), “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika), Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya), Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya), Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan), Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya), Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya), Gənc musiqiçilərin Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya), Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya), Caz musiqi festivalı (Montre, İsveçrə), Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan), “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan), Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya), “Eurovision” estrada mahnı müsabiqəsi, Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya), Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya), Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan), Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa), Skripkaçıların Henrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa), Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya), Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya), Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya), Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya), Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika), Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ) daxildir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər