Mobil versiya
"Gəlin niyə mənə çay gətirməlidir?"
Tarix: 17-08-2026 | Saat: 18:37
Bölmə:Şou-biznes | çapa göndər

"Gəlin niyə mənə çay gətirməlidir?"


Əməkdar artist Çingiz Əhmədov gəlinə münasibətdən danışıb.

Aktyor bu barədə “Baku TV”yə müsahibəsində açıqlama verib. O, gəlinin evdə işlədilməsinin doğru olmadığını bildirib:

“Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar”.

Aktyor gənclərin məcbur yox, sevdikləri şəxslə ailə qurmasının tərəfdarı olduğunu deyib:

“Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu ailə dağılır. Heç kimə zamin dura bilməzsən”.

Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz aktrisa Aydan Axundova ilə ailəlidir. (Axşam.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2026