Mobil versiya
İnsan genlərində yadplanetlilərin izi tapıldı
Tarix: 03-04-2017 | Saat: 09:52
Bölmə:Media / Aia TV | çapa göndər

İnsan genlərində yadplanetlilərin izi tapıldı



İndiyə qədər Misir piramidaları başda olmaqla bir çox tikilinin yadplanetlilər tərəfindən inşa olunmasıyla bağlı hipotezlər var.

Alimlər yadplanetlilərin dünyada yaşayışı yaradan canlılar olduqlarını və həyatın sirrinin 37 rəqəmində olduğu iddia edib.

Çalışmalar zamanı mütəxəssislər on nümunədən doqquzunu formalaşdırıblar və genetik kodda bir neçə dəfə eyni dəyərin ortaya çıxma ehtimalının 10 trilyonda bir kimi heyrətamiz paya malik olduğunu hesab edirlər. Kodun təsadüfi olmayan bir quruluşa sahib olduğu üzə çıxıb. "Qeyri-adi başqa" elmi nəzəriyyəyə görə, həyatın mənşəyi "37 sayı" ətrafında fırlana bilər. Sözügedən nəzəriyyə genetik kodumuzun kainatın başqa yerlərindən gələn ağıllı varlıqlar tərəfindən yaradıldığını irəli sürüb.

Bununla yanaşı, bir qrup alim, yer üzündəki həyatın dünyadan kənar zəkanın nəticəsi olduğunu sübut edən qədim bir kodu tapdıqlarına inanırlar. Qazaxıstan, Almatı Fesenkov Astrofizika İnstitutunun tədqiqatçısı Maksim Makukov genetik materialında kodlanan bir "ağıllı kodlanmış siqnal" tapdığını iddia edib.

Bu nəzəriyyə həmkarları tərəfindən qəbul edilməkdən çox uzaq olsa da, psixoloq-riyaziyyatçı Vladimir Şerbak genetik kodumuzda gizlədilmiş bir mesajın, ya da bir imzanın olduğuna dair aydın sübutlar ortaya qoyula biləcəyinə inanır. Makukov və Şerbak tərəfindən təklif olunan nəzəriyyə Panspermia (həyatın başqa planetlərdən gəlməsi) prinsipinə əsaslanır. Nəzəriyyəyə görə, bir mikroorqanizm okeana düşə və yeni növlərin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, Qazaxıstandakı alimlər bu nəzəriyyəni daha da inkişaf etdirdi və dünya üzərindəki həyatı "Yönəldilmiş vəziyyət" kimi səciyyələndirdi. Bu, dünya üzərindəki həyatın bir varlıq və ya başqa bir şey tərəfindən şüurlu olaraq inkişaf etdirildiyi mənasına gəlir.(kulit.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə