Eltun Süleymanov : "Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə uzanan dil siyasəti dövlətçiliyin milli yaddaş kodudur"
Tarix: 25-07-2026 | Saat: 10:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dünyada elə xalqlar var ki, onları yalnız coğrafiyası, sərhədləri və ya siyasi tarixi deyil, ilk növbədə dili tanıdır. Dil xalqın mənəvi pasportudur. O, millətin yaddaşı, düşüncə tərzi, mədəniyyət xəzinəsi və dövlətçilik iradəsinin ən möhkəm dayağıdır. Məhz buna görə də ana dilinə münasibət hər bir dövlətin milli təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Azərbaycanın müstəqillik tarixinə nəzər saldıqda aydın görünür ki, dil siyasəti heç vaxt yalnız filoloji və ya mədəni məsələ kimi qəbul edilməmişdir. Bu siyasət həmişə dövlətçilik ideologiyasının ayrılmaz istiqaməti olmuş, milli kimliyin qorunmasına, xalqın birliyinə və dövlətin gələcəyinə xidmət etmişdir. Bu siyasi fəlsəfənin müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Sovet hakimiyyətinin milli dilləri sıxışdırdığı, vahid ideoloji məkan yaratmağa çalışdığı bir dövrdə Azərbaycan dilinin dövlət dili statusunun qorunması böyük siyasi iradə tələb edirdi. Məhz həmin mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın milli maraqlarını qoruyaraq 1978-ci il Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit edilməsinə nail oldu. Bu qərar təkcə hüquqi norma deyil, gələcək müstəqilliyin ideoloji bünövrəsi idi. Tarix sonradan sübut etdi ki, həmin uzaqgörən addım Azərbaycanın milli dirçəliş yolunun başlanğıcı idi. Ulu Öndər yaxşı bilirdi ki, dili qorumaq xalqı qorumaq deməkdir. Ona görə də o deyirdi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir." Bu fikir sadəcə aforizm deyil, Azərbaycan dövlətçiliyinin ideoloji düsturudur. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğunun bütün istiqamətləri kimi, dil siyasətini də yeni mərhələyə yüksəltdi. 1995-ci il Konstitusiyasında dövlət dilinin "Azərbaycan dili" kimi təsbit olunması, 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması, Dövlət Dil Komissiyasının yaradılması və avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olunması milli dövlətçilik tariximizin mühüm hadisələridir. Bu qərarlar bir daha təsdiq etdi ki, müstəqil dövlət yalnız sərhədlərlə deyil, həm də öz dili ilə yaşayır. Ulu Öndər Heydər Əliyev ana dilinə sevgini milli kimliyin əsası hesab edərək bildirirdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz." Bu fikir bu gün də öz aktuallığını saxlayır. Çünki tarixini unutdurmağın ən qısa yolu onun dilini zəiflətməkdir.
Müasir dövrdə cənab Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi bu strateji kursu yeni çağırışlara uyğun zənginləşdirərək uğurla davam etdirir. İnformasiya müharibələrinin, rəqəmsal platformaların və qloballaşmanın sürətləndiyi XXI əsrdə ana dilinin qorunması artıq təkcə mədəni məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Cənab Prezident İlham Əliyev bu barədə qətiyyətli mövqeyini belə ifadə edir: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır." Bu çağırışın arxasında dərin dövlətçilik məntiqi dayanır. Dövlət qanunlar qəbul edə, proqramlar həyata keçirə bilər. Lakin dili yaşadan onu sevən cəmiyyətdir. Əgər vətəndaş ana dilinə məsuliyyətlə yanaşırsa, milli kimlik də yaşayır. Son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar Azərbaycan dilinin müasir inkişaf mərhələsinin hüquqi bazasını daha da möhkəmləndirmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin ana dilimizə tərcüməsi, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", elektron məkanda Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunması istiqamətində qəbul olunan mühüm qərarlar bu siyasətin ardıcıl davam etdiyini nümayiş etdirir. Müasir dövrün mühüm reallıqlarından biri də informasiya təhlükəsizliyidir. Sosial şəbəkələr, süni intellekt, rəqəmsal media və qlobal kommunikasiya platformaları milli dillər üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır. Belə şəraitdə Azərbaycan dilinin elektron məkanda inkişaf etdirilməsi, terminoloji bazasının zənginləşdirilməsi, müasir texnologiyalara uyğunlaşdırılması milli maraqlar baxımından strateji əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin sözləri bu baxımdan xüsusi məna kəsb edir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur." Bu fikir yalnız dilin zənginliyinin deyil, milli özünəinamın ifadəsidir. Çünki öz dilinə inanan xalq öz dövlətinə də inanır.
Bu gün Azərbaycan dili təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən milli-mənəvi körpüdür. Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəbləri, mədəniyyət mərkəzləri, diaspor təşkilatları və media qurumları ana dilimizin yaşadılması istiqamətində mühüm missiya həyata keçirirlər. Dil artıq yalnız milli sərvət deyil, Azərbaycanın beynəlxalq humanitar nüfuzunun da mühüm elementinə çevrilmişdir. Bütün bunlar göstərir ki, Ulu Öndər Heydər Əliyevdən cənab Prezident İlham Əliyevə uzanan dil siyasəti sadəcə hüquqi sənədlərin və fərmanların məcmusu deyil. Bu, milli dövlətçilik məktəbidir. Bu məktəb xalqın keçmişini qoruyur, bu gününü möhkəmləndirir və gələcəyini təmin edir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-07-2026
24-07-2026