Mobil versiya
Direktor olmaq istəyənlərin nəzərinə - Yeni qaydalar açıqlandı
Tarix: 31-03-2017 | Saat: 10:51
Bölmə:Təhsil | çapa göndər

Direktor olmaq istəyənlərin nəzərinə - Yeni qaydalar açıqlandı



Təhsil Nazirliyi yeni təsdiqlənmiş qaydalar əsasında sabahdan orta məktəblərin direktor vəzifəsinə işə qəbul üçün sənəd qəbuluna başlayır.

Nazirlikdən verilən məlumata görə, təhsil nazirinin əmri ilə təsdiqlənmiş ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 1-15 aprel tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər www.miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024