Mobil versiya
Güllələnən şəxs məktəb direktoru çıxdı - TƏFƏRRÜAT
Tarix: 31-03-2017 | Saat: 10:06
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Güllələnən şəxs məktəb direktoru çıxdı - TƏFƏRRÜAT



Martın 30-da Yevlax rayonunda odlu silah ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

AİA.Az report-a istinadən xəbər verir ki, güllələnərək öldürülən Tağı Qurbanov Hacıselli kənd orta məktəbinin direktoru olub.

Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib. Azaq Musayev adlı şəxs aralarında yaranmış mübahisə zəminində həmkəndlisinə "İJ" markalı ov tüfəngindən atəş açıb. Müxtəlif bədən xəsarətləri alan T.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum uzun illər kənd məktəbinə rəhbərlik edib, şagirdlər, valideynlər ondan razı olublar. Yevlax Rrayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törədən şəxs saxlanılıb, onun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə