Rusiya bu səbəbdən SOCAR-a aid yanacaq mərkəzlərini hədəf seçir - ŞOK
Tarix: 06-07-2026 | Saat: 14:13
Bölmə:Ölkə | çapa göndər

Xəbər verildiyi kimi, Rusiya silahlı qüvvələri iyulun 5-də SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə zərbə endiriblər.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, hücum zamanı yanacaqdoldurma məntəqəsində partlayış baş verib:
“Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb”.
E.Şahinoğlu xatırladıb ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi:
“Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya silahlı qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı”.
Politoloq hesab edir ki, Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərini hədəf götürməsi təsadüfi deyil:
“Kreml bununla Ukrayna ilə əməkdaşlıq edən dövlətləri də hədəf almış olur. Azərbaycan-Ukrayna tərəfdaşlığı Rusiyadakı siyasi dairələrin xoşuna gəlmir. Buna görə də Rusiya gah Azərbaycanın Kiyevdəki səfirliyinin ətrafına raket atır, gah da Azərbaycan Dövlət Neft Şirkətinin yanacaq mərkəzlərinə zərbələr endirir. Aydındır ki, Ukrayna Rusiyanın yanacaq mərkəzlərinə zərbə endirdiyinə görə Rusiya da Ukraynanın yanacaq mərkəzlərinə zərbələr endirməyə çalışır. Ancaq məsələ burasındadır ki, Rusiya həm də başqa dövlətlərin Ukraynadakı mülkiyyətinə zərər vurur. Təhlükəsizlik baxımından Rusiyaya Azərbaycanın Kiyevdəki səfirliyinin koordinatları verilsə də, səfirlik hər dəfə raket zərbələrindən zərər görür. Deməli, bu, məqsədyönlü şəkildə edilir. SOCAR-a aid yanacaq mərkəzlərinin hədəf götürülməsi də eyni siyasətin tərkib hissəsidir”.
Ekspert əlavə edib ki, buna baxmayaraq, Azərbaycan Ukrayna ilə əməkdaşlığın miqyasını azaltmayacaq:
“Əksinə, bir neçə gün əvvəl Polşanın Qdansk şəhərində Ukraynanın bərpası konfransında xarici işlər naziri Ceyhun Bayramovun iştirakı göstərir ki, Azərbaycan Ukraynada yenidənqurma işlərində iştirak edəcək. Azərbaycan Ukraynanın müharibədən zərər görən İrpen şəhərində müxtəlif tikinti işlərində iştirak edir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026