Ötən il Azərbaycanda 3500 nəfər vərəmə yoluxub
Tarix: 27-03-2017 | Saat: 16:33
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
2016-cı ildə ölkədə 3500 nəfərdə vərəmə yoluxma aşkar edilib.
AzVision.az xəbər verir ki, bunu Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktoru İradə Axundova Ümumdünya Vərəmə qarşı Mübarizə Gününə həsr edilmiş konfransda deyib.
Onun sözlərinə görə, vərəmə yoluxanların 3-4 faizi uşaqlar olub: “Ötən il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 faiz olub. Ölüm hallarına gəlincə, hər 100 min əhaliyə 3,8 nəfər təşkil edib. Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Uşaqlar arasında vərəmlə bağlı xəstələnmənin sayı azalıb. Eyni zamanda, vərəmdən ölüm halı da azalma istiqamətində gedir. Vərəm aktiv insanların xəstəliyidir”.
İ.Axundova qeyd edib ki, ölkədə vərəmlə bağlı qeydiyyatda olan xəstələrin sayı il ərzində 8500-9000 arası dəyişir: “Hazırda 918 xəstə müalicəsini davam etdirir. Son illər şimal bölgəsində vərəmlə daha çox xəstələnmə müşahidə olunur. Vərəmlə bağlı xəstəlikdə cavanlaşma yox, yaşlaşma tendensiyası nəzərə çarpır. Şəkərli diabet, mədə və on iki barmaq bağırsağın xorası, bronxial astma və hormonla müalicə olunmalı xəstəlik buna təsir göstərir. Yəni hansı xəstəliklər ki, immuniteti zəiflədir, bu da orqanizmin vərəmə yoluxma riskini artırmış olur”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024