Mobil versiya
“Ancaq nənəsi fəryad edirdi...” - Mövlud dəfn olundu
Tarix: 17-03-2017 | Saat: 18:19
Bölmə:Aia TV | çapa göndər

“Ancaq nənəsi fəryad edirdi...” - Mövlud dəfn olundu








Aia.Az musavat.com-a istinadən faciəvi şəkildə həyatını itirən tanınmış yazar Mövlud Mövludun dəfnindən hazırlanan kiçik reportajı təqdim edir:

Mövlud 1989-cu ildə Bakıda doğulub. Daha doğrusu, Bakının namını bilmədiyimiz kəndində.

Amma o, təpədən dırnağa qədər Qazaxlı idi. Qazax deyəndə gözləri dolur, uçurdu. Hətta söhbətlərin birində "Nizami Cəfərov parlamentdə təkdi", deyib ağlamışdı. O bu qədər kövrək və Qazaxa bağlı idi. Bütün bayramları burada qeyd edirdi, elə bu gün də ənənəsinə sadiq qaldı. Gözləri doluydu, odur ki, dəfni yağmurlu keçdi. Mövlud deyəndə ağlımıza kövrəklik və səmimiyyət gəlir. Hər kəsdə bir az Mövlud var desəm, yalan olmaz. Səhər açılandan bütün media, sosial şəbəkələr Mövlud yazır, kövrəlir, gülür, kimi şəklini, kimi xatirələrini paylaşır.

Ancaq Mövludun ölümü özü kimi isti olmadı, soyuq, qərib və bir az da kimsəsiz oldu. Son 2 ili Mövludla birlikdə işlədim ,bəzən dərdləşirdik, həmişə kövrək, gülərüz amma dərdini saxlamaz, söhbətlər edərdi. Mövludun dayısı da 4 il əvvəl yağmurlu havada dəfn edilib. Qazaxın tarixi hamamından tez-tez yazan Mövlud elə həmin yerdə, Cümə məscidində son dəfə paklanaraq qəbir evinə yola salındı. Çox təəssüf ki valideynlərsiz. Elə həmişə olduğu kimi.Ancaq nənəsi fəryad edirdi: "Mövluddan bir oğlan uşağı yadigar qaldı, onu ailə qəbiristanlığında dəfn etdilər. Beyni bilik dolu sakit Mövludum.

Mənə demişdin bu il də bayramı birlikdə qeyd edəcəyik amma mənə cansız bədənini gətirdin. Mövlud sanki ölməmiş qış yuxusuna gedib yatırdı".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024