Buraxılış imtahanlarında YENİLİK olacaq
Tarix: 17-03-2017 | Saat: 11:28
Bölmə:Təhsil / Karusel | çapa göndər
Dövlət İmtahan Mərkəzi mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.
AİA.Az APA-ya istinadən xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək.
Onun sözlərinə görə, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur: "Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlanılacaq".
M. Abbaszadə qeyd edib ki, DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədi ilə İctimai Şura yaradır.
İctimai Şuranın üzvlərinin DİM-in Direktor Şurası tərəfindən formlaşdırılacağını deyən M. Abbaszadə qeyd edib ki, proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək: "Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil eksperləri, KİV nümayəndələri anket formasını yükləyərək doldurub [email protected] ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödəniş verilmir".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər