Ana Sayfa > Şou-biznes > Rafael İsgəndərov Əməkdar artistlərə əsəbiləşdi: "Bura mafiyadır?"
Rafael İsgəndərov Əməkdar artistlərə əsəbiləşdi: "Bura mafiyadır?"Bu gün, 13:23. Yazar: vasif |
![]() "Rəqqaslarla şou qurmaq rejissor işidir, bu, şou-biznesə aid deyil. Çıxıb oxuyur, klip çəkdirir, sənət göstərir, pul qazanır. Bu da şou-biznesdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Gün ortası" verilişində deyib. Aktyor son günlər müzakirələrə səbəb olan "Mən şou-biznesdə deyiləm" söhbətinə reaksiya verib: "Çoxu elə bilir ki, şou-biznes hansısa bir mafiyadır. Orada varam və ya yoxam... Artist nə deməkdir? Sözün tərcüməsinə varmaq lazımdır. Şou-biznesdə deyiləm nədir?". Qeyd edək ki, Əməkdar artistlər Elnarə Abdullayeva və Könül Kərimova "Biz rəqqaslarla oxumuruq, şou göstərmirik. Biz şou-biznesdə deyilik, sənətdəyik" açıqlaması ilə gündəmə gəlmişdi. Geri dön |