"Qarabağ müharibəsində 6 minə qədər..." - Rusiyalı tarixçi
Tarix: 14-03-2017 | Saat: 16:22
Bölmə:Gündəm | çapa göndər
"Qarabağ müharibəsində 6 minə qədər erməni əsilli xarici ölkə vətəndaşı iştirak edib".
AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu tarix elmləri namizədi Oleq Kuznetsov bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Rusiyalı alim qeyd edib ki, 26 fevral 2017-ci ildə MDB-nin birləşmiş silahlı qüvvələrinin 336-cı motoatıcı alayının 2-ci batalyonunun qiyamçılarının dəstəklədiyi Dağlıq Qarabağın qanunsuz erməni silahlı hərbi birləşmələri tərəfindən törədilmiş kütləvi qətliamın - Xocalı faciəsinin 25-ci ildönümü tamam oldu. Həmin qüvvələr fevralın 25-dən 26-na keçən gecə zirehli texnikanın tətbiqi ilə Azərbaycanın Xocalı şəhərinə hücum etmiş və orada və ətrafda 613 nəfəri qətlə yetirmiş, 487 nəfəri şikəst edib və yaralamış, 150 nəfər itkin düşmüş, 1275 nəfər isə girov saxlanılıb:
"İnsanlığa qarşı bu cinayət o vaxtkı müharibənin əsas mahiyyəti, faktiki olaraq onun kvintessensiyası oldu və buna görə də bu faciənin yubiley tarixi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə, onun əsas səbəbləri və tarixi fonuna hüquqi qiymət vermək üçün çox yaxşı səbəbdir. Dağlıq Qarabağ və ona bitişik Azərbaycan rayonlarında 1988-1994-cü illərdə hərbi əməliyyatlarda, Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, ABŞ, Fransadan olan müxtəlif qiymətləndirmələrə görə, ümumilikdə 4000-dən 6000-ə qədər erməni əsilli xarici ölkə vətəndaşı iştirak edib. Onların əksəriyyəti münaqişə bölgəsinə öncə yaradılmış qanunsuz hərbi birləşmələrdə hərbi hazırlıq və hərbi əməliyyatlarda iştirak təcrübəsi ilə gəliblər".
O.Kuznetsov bildirib ki, Rusiyanın müasir cinayət hüququnun normaları nöqteyi-nəzərindən 1988-1994-cü illərin Qarabağ müharibəsi terror müharibəsidir, belə ki, onun bütün məzmunu "terror istiqamətli cinayətlər"in məcmusu və ardıcıllığını ifadə edir. Transmilli erməni terrorizmi sosial-iqtisadi, ictimai-siyasi və hüquqi hadisə kimi XIX yüzilliyin sonunda Osmanlı İmperiyası ərazisində yaranıb, oradan Rusiya İmperiyası və Balkan ölkələrinə keçib və buradan da sonra Qərbi Avropa və Şimali Amerikaya yayılıb. Erməni terrorizminin ilk cinayətləri 1890-cı ildə törədilib və buna görə də onun məşhur 1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımı" mövzusu ilə heç bir əlaqəsi yoxdur:
"Bu gün biz tam müəyyənliklə qonşu regionlar - Yaxın Şərq və Cənubi Qafqazda mövcudluğunun əsasında millətçi-dini ekstremizmin olduğu iki mövcud terror kvazidövlətə aid ümumi immanent xüsusiyyətlərin olması barədə danışa bilərik. Söhbət kvazidövlət qondarma "Dağlıq Qarabağ respublikası" (DQR) və kvazidövlət "İraq Şam İslam Dövləti"ndən (İŞİD) gedir, həm də nəzərə almaq lazımdır ki, ikinci birincinin replikası, reproduksiyası və əksidir, lakin daha böyük miqyasda. Qondarma DQR və İŞİD digər dövlətlərin işğal edilmiş torpaqlarında yerləşir və mülki əhaliyə qarşı terror və zorakılıq istifadə edərək özünün yurisdiksiyasını suveren dövlətlərin silahlı hücum nəticəsində işğal edilmiş torpaqlarına zor gücü ilə yayır".
O qeyd edib ki, müasir Ermənistanın hakim dairələri əslində Ermənistan SSR-in əhalisini hakimiyyətdən və dövlətin maliyyə resurslarından tamamilə uzaqlaşdırmış Dağlıq Qarabağ separatçılarının terror silahlı birləşmələrinin keçmiş səyyar komandirlərinin qrupudur:
"Buna görə də Ermənistan hakimiyyəti heç zaman beynəlxalq hüquq normalarının tələblərini birtərəfli qaydada yerinə yetirməyə razı olmayacaq: bir dəfə qanuna nifrət etmiş terrorçular bir daha ona əməl etməyəcəklər. İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması onlar üçün siyasi və ola bilsin ki, fiziki intihar anlamına gəlir və həmçinin dünyada transmilli erməni terrorizmi fenomeninin mövcudluğunun final akkordu olacaq, bu terrorizmin mövcudluğuna son qoyulacaq və insanlıq tarixinin daha bir qaranlıq səhifəsinə çevriləcək".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024