Mobil versiya
Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?
Tarix: 14-03-2017 | Saat: 14:02
Bölmə:Media / Aia TV | çapa göndər

Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?


NuSTAR telekopu Tukan bürcündə qeyri-adi ağ cırtdan aşkar edib və məlum olub ki, o, qara dəliyin ətrafında çox sıx orbit üzrə fırlanır.

"Biz güman edirik ki, bu ulduz artıq qara dəliyin ətrafında on milyonlarla ildir ki, fırlanır. Və o, öz kütləsinin çox hissəsini itirdib. Zamanla o, daha çox kütlə itirəcək və dəlikdən tədricən uzaqlaşmağa başlayacaq. O, almaz planetinə oxşar ekzotik soyuq obyektə çevriləcək".

AİA.Az modern.az-a istinadən xəbər verir ki, bunu Kertina Universitetinin professoru Cons Miller deyib.

Qeyd edək ki, qara dəliklər kainatda ən sirli sahələrdən biri hesab olunur. Bura xüsusi sahəyə malikdir. Qara dəliyin qravitasiyası, yəni cəzbetmə qüvvəsi qədər güclüdür ki, obyektləri asanlıqla uda bilir. O, hətta işığı da uda bilir, halbuki, dünyada işıqdan sürətli bir şey yoxdur.

Astronomların bi qismi hesab edir ki, ağ cırtdan əslində "normal" ulduz rolunu oynayır və o daha yığcam və sıx obyektdir.

Bildirilir ki, ağ cırtdan qara dəliyin "ortağı" hesab oluna bilər. Demək olar ki, onlar arasındakı məsafə Ayla Yer arasındakı məsafə qədərdir.

Buna görədir ki, ağ cırtdan qara dəliyin ətrafında 28 dəqiqə ərzində tam dövr edir. Onun materiyası isə parlaq disk yaradaraq qara dəliyə doğru axır.

Ağ cırtdanla qara dəliyin bir-birinə necə yaxınlaşmasını isə alimlər hələ bilmirlər.

Ağ cırtdanlar ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlardır. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024