Ötən il 2,6 milyon manatlıq qaz itirilib - Rəsmi
Tarix: 13-03-2017 | Saat: 11:46
Bölmə:İqtisadiyyat | çapa göndər
Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir. Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub.
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 AZN dəyərində dəymiş ziyan hesablanıb: “2017-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb. Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.
Həmçinin, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı