Yaralı tələbələrin vəziyyəti necədir? - Nazirlikdən açıqlama
Tarix: 13-03-2017 | Saat: 11:19
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər
_2978098502_1489389161.jpg)
Keçən həftə Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrdən hazırda 9-u xəstəxanada müalicələrini davam etdirir.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 5 tələbə müayinə olunur.
“Sumqayıtda olan tələblərdən ikisi Kliniki Tibbi Mərkəzə köçürülüb. Onların üz-çənə nahiyyəsində əməliyyat aparılacaq. Kliniki Tibbi Mərkəzdə yaralı tələbələrin sayı 4, Sumqayıtdakı Xəstəxanada olan yaralı tələbələrin sayı isə 5-dir. Onların vəziyyətləri stabildir”.
Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-02-2025