Prezidentin İrana səfərinin iqtisadi əhəmiyyəti
Tarix: 06-03-2017 | Saat: 11:06
Bölmə:Siyasət / Manşet | çapa göndər
Prezident İlham Əliyev ötən gün İrana səfəri zamanı mühüm açıqlamalar verib. Ölkə başçısı bildirib ki, iki ölkə arasında iqtisadi sahədə çox gözəl əlaqələr mövcuddur. Prezidentin sözlərinə görə, ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb.
“Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlamışdır. Buna görə də minnətdarıq. Eyni zamanda, Prezident Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Mən bir il bundan əvvəl bu salonda qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək. Biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü tikilib, istismara verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçibdir”- ölkə rəhbəri iranlı həmkarı ilə mətbuata bəyanatla çıxışında deyib.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan və İranın birgə icra etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi tarixi hadisədir: “Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Energetika sahəsində böyük uğurlar əldə olunub. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir və prezidentlərin bütün göstərişlərini vaxtlı-vaxtında və yüksək səviyyədə icra edir”.
Dövlət başçısı, həmçinin qeyd edib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün önəmli deyil, bütün region üçün önəmlidir: “Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir. Qeyd etməliyəm ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. Biz çalışırıq ki, İslam aləmində birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli-mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq, həm də İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar. Qeyd etməliyəm ki, biz Azərbaycanda İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq. Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”.
Azərbaycan prezidentinin İrana səfərinin iqtisadi aspektlərini AzVision.az-a şərh edən iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidentinin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını bir daha gündəmə gətirib: “Cənub qonşumuza tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra İran region üçün aparıcı bazarlardan birinə çevrilməkdədir. 78 milyon istehlakçı, 1.459 tirlyon dollar (PPP ilə) Ümumi Daxili Məhsul və 63 milyard dollarlıq idxalı ilə İran cəlbedici iqtisadi tərəfdaşdır”.
Azərbaycanla İran arasında iqtisadi münasibətlər hansı səviyyədə inkişaf edə bilər sualına cavab olaraq ekspert bildirib: “Əvvəlla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir. İki dövlət arasındakı ticarət dövriyyəsi cəmi 123 milyon dollardır və halbuki bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacibdir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımdan əlverişlidir. Üçüncüsü, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər. Əczaçılıq, avtomobil və eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır.
İranın xarici sərmayəçi kimi Azərbaycan qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi şəkildə ehtiyac var. Dördüncüsü, Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər. Bir sıra Qərb şirkətlərinin əsas ofislərinin Azərbaycanda yaratmaqla, yəni ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail olmaq mümkündür. Nəhayət, İran regional enerji və nəqliyyat dəhlzilərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sankiyalara məruz qalan cənub qonşumuz indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil”.(azvision)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024