Mobil versiya
Son beş gündə düşmən 30-a yaxın itki verib - Müdafiə Nazirliyi
Tarix: 03-03-2017 | Saat: 19:24
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Son beş gündə düşmən 30-a yaxın itki verib - Müdafiə Nazirliyi

"Uzun sürən sükutdan sonra Ermənistan Müdafiə Nazirliyi nəhayət ki, guya fevralın 28-də mühəndis işləri aparılarkən partladıcının detonasiya etməsi nəticəsində hərbi qulluqçularının yaralanması və onların Yerevandakı hərbi hospitala yerləşdirilməsi barədə qısa, heç bir rəqəm açıqlamadan bəsit məlumat yayıb".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, cəbhədəki real vəziyyətdən tamamilə uzaq, bu cür qeyri-obyektiv xəbərlər verməklə Ermənistanın hərbi qurumu ictimaiyyətin qəzəbindən yaxasını qurtarmağa cəhd göstərir.

Məlumata görə, fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024