Mobil versiya
Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.
Tarix: 29-09-2015 | Saat: 12:17
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər



Aia.az APA-ya istinadən xəbər verir ki, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb. Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Baş verən hadisənin səbəbləri Sabunçu Rayon Prokurorluğunda araşdırılacaq.

Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə