Mobil versiya
Partlayışda yaralanan erməni əsgərlərin adı açıqlanıdı - Yenilənib
Tarix: 03-03-2017 | Saat: 17:39
Bölmə:Cəmiyyət | çapa göndər

Partlayışda yaralanan erməni əsgərlərin adı açıqlanıdı - Yenilənib

Döyüş mövqelərində mühəndis işlərinin yerinə yetirilməsi zamanı quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində xəsarət alan Ermənistan ordusunun hərbi qulluqçularının kimliyi məlum olub.

AzVision.az “news.am” saytına istinadən verdiyi məlumata görə, mühəndis işləri zamanı xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağırdır. Digər hərbçilər Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb.

**
17:19

Qarabağda müddətli hərbi qulluqçular döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb. Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.

AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, fevralın 28-i baş verən hadisə nəticəsində 3 nəfər məcburi hərbi qulluqçu - Narek Gevork Qriqoryan, Perc Armeni Qabrielyan, Erik Samvel Sahakyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar dərhal hospitala aparılıblar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024