Orta yaş həddi 67, pensiya yaşı 65... - Azərbaycanda
Tarix: 29-09-2015 | Saat: 11:06
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
“Fikrimcə, pensiya yaşının gələn ildən 65-ə qaldırıla bilər. Bunun başlıca səbəbini pensiya fondunun maliyyə durumunun pisləşəcəyində görürəm”.
Bunu iqtisadçı Qubad İbadoğlu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin pensiya yaşının qaldırılma ehtimalı haqda açıqlamasına münasibət bildirərkən deyib. Q. İbadoğlu bildirib ki, hazırda Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir: “Birincisi, əmək pensiyası alanların sayı ildən ilə artır. Hazırda onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə əmək peniyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır.
İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır. Növbəti il üçün Fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Son illər dövlət büdcənin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə gələcəkdə problem yaranacagı da indidən bəllidir.
Digər problem isə iş yerlərinin ixtisarı və əmək haqqı fondunun kiçillməsi ilə bağlıdır. Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökümətin qarşısında vəzifə kimi qoyulsa da bu o qədər də asan olmayacaq. Çünki, dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olarar 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda bu göstərici 2 dəfədən də aşağıdır. Görünür pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökümətdə başqa alternativləri saxlamayacaq. Odur ki, gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər.
Məlumat üçün qeyd edim ki, BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73, 8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5”.“Qafqazinfo”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024