“Bakı Taksi Xidməti”dən – YENİLİK
Tarix: 28-09-2015 | Saat: 19:38
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Yeni avtomobillər digərlərindən fərqlənir.
“Bakı Taksi Xidməti” MMC şirkəti Azərbaycanda, paytaxt Bakıda sərnişindaşımada, taksi fəaliyyətində xidmət keyfiyyətinin artırılması məqsədilə yenilik təklif edir.
Yeni taksilərin digərlərindən fərqi ondan ibarətdir ki, vətəndaş 3 kilometr yol üçün 3 manat ödəyəcək.
Digər taksilərdə isə (taxometrlə hərəkət etdikdə) həmin məsafə üçün qiymət 3 manat 10 qəpik təklif edir.
3 kilometrdən sonra növbəti 10 kilometr üçün hər kilometrə görə 70 qəpik, bundan sonra isə hər kilometr üçün gedişhaqqı 40 qəpikdən hesablanır.
“Bakı Taksi Xidməti” MMC-dən onu da bildiriblər ki, şirkətin taksilərinin xarici görünüşü də digərlərindən fərqlənir. Belə ki, avtomobillərin üzərində sarı xətt var.
Bu taksilərdən istifadə edən sərnişinlər taksiyə əyləşməzdən öncə taksinin şüşəsinə yapışdırılmış və gediş haqqını əks etdirən elanla tanış ola bilərlər. Digər taksi xidməti göstərən qurumlarda vətəndaş 3 kilometr yolu 3 manat 10 qəpik ödəyərək gedirdisə, indi bu qiymət cəmi 3 manat təşkil edəcək.
Vətəndaş neçə kilometr məsafə qət etdiyini isə taksidə quraşdırılmış sayğacda görə bilər. Əgər vətəndaş 3 kilometrdən az məsafədə yerləşən ünvana getmək istəyirsə, ictimai nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə olunur.
Şirkətdən bildiriblər ki, vətəndaşlar bu xidmətdən razı qalarlarsa, yaxın vaxtlarda paytaxt ərazisində yeni taksilərin sayının artırılması nəzərdə tutulur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024