Mobil versiya
Azərbaycanlı hacılar geri qayıdır...
Tarix: 28-09-2015 | Saat: 14:03
Bölmə:Gündəm / Seçilənlər-2 / Aia TV / Karusel | çapa göndər

Azərbaycanlı hacılar geri qayıdır...


Azərbaycanlı zəvvarlar Həcc ziyarətini artıq başa vurublar və zəvvarların qayıdışı ilə bağlı uçuş qrafikləri məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov APA-ya bildirib ki, artıq zəvvarlar ziyarətin sonuncu əməli olan şeytana daş atma əməlini başa vurublar və indi vida təvafı ilə məşğuldurlar.

Zəvvarların şeytana daş atma əməlini sağ-salamat başa vurduqlarını deyən QMİ rəsmisi bildirib ki, sabahdan etibarən onların Ciddə şəhərindən Vətənə dönüşü başlayacaq: “Hər gün uçuşlar olmaq şərti ilə oktyabrın 1-i Ciddədən azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarı uçacaq”.

Qeyd edək ki, bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkədə dünyasını dəyişib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024