Mobil versiya
Disney OpenAI-yə 1 milyard dollar sərmayə qoyacaq
Tarix: 11-12-2025 | Saat: 20:31
Bölmə:Özəl | çapa göndər

Disney OpenAI-yə 1 milyard dollar sərmayə qoyacaq

Walt Disney şirkəti OpenAI ilə kontent lisenziyalaşdırma tərəfdaşlığı barədə razılığa gəldiyini və şirkətə 1 milyard dollar sərmayə qoyacağını açıqladı.Şirkət, Disney-in sevimli personajlarını generativ süni intellekt video platforması olan Sora-ya gətirmək üçün əhəmiyyətli bir razılaşma əldə edildiyini açıqladı.
Elanda bildirilirdi ki, Walt Disney Company və OpenAI şirkətləri Disney şirkətinin Sora şirkətinin ilk əsas kontent lisenziyalaşdırma tərəfdaşı olması üçün razılığa gəliblər.

Lisenziyalaşdırma müqaviləsi üç il müddətinə bağlanıb və bu müqaviləyə əsasən, Sora, azarkeşlərin izləməsi və paylaşması üçün Disney, Marvel, Pixar və Star Wars şirkətlərindən 200-dən çox personajın yer aldığı qısa videolar istehsal edə biləcək.

Elanda həmçinin bildirilirdi ki, Disney OpenAI şirkətinə 1 milyard dollarlıq kapital qoyuluşu edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026