Mobil versiya
Ermənilərin törətdiyi, dünyanın isə "görmədiyi" Xocalı soyqırımı
Tarix: 26-02-2017 | Saat: 14:34
Bölmə:Manşet2 | çapa göndər

Ermənilərin törətdiyi, dünyanın isə "görmədiyi" Xocalı soyqırımı







Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 25 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

ARB TV "Sən də Xocalıya ədalət tələb et" şüarı ilə maraqlı videoçarx hazırlayıb.

Bu görüntülərdə gözüyaşlı qadın tərəfində Xocalının dili ilə fəryadı əks olunub. Olduqca yaradıcı və düşündürücü fikirlər əks etdirən videoçarxda olan danışıqları təqdim edirik:

"25 il keçdi o gecədən. Qorxunc bir gecə. Qətliam gecəsi. Sən oldun qatil. Əllərin qana batdı. Günahsız insanları öldürdün. Nifrətinlə məhv etdin məsumları. Fəryadımı eşidəsən deyə bağırdım. Eşitmədin, görmədin, dinmədin. Sən həmişə onun gözünü bağladın. Sən düşmən, sən qatil. Sən gözləri bağlı, dili lal, qulaqları kar hakim. Sən 25 il əvvəl bu tarixdə məni viran qoydun. Mənim 8 ailəmi, böyüyündən kiçiyinə qədər yandırıb külü ilə oynadın. 1275 nəfərimi əsir edib, olmazın işgəncələr vermisən. Baş kəsdin, göz oydun, zülm verməkdən həzz aldın. Qorxudan gözlərim dəhşətə gəlib. 63 məsum körpəmi işgəncə ilə qətlə yetirdin. 150 övladımı girov apardın, taleləri bu günəcən məlum deyil. Amma mən onların yolunu hələ də gözləyirəm. Sən nə vaxta qədər onun gözünü tutacaqsan? Bəs sən? Sən nə vaxta kimi susacaqsan? 25 il keçib. Aç gözlərini, diqqətlə bax. Mən həqiqətəm. Mənim adım Xocalı. Həqiqəti deyəcəm, Xocalıya ədalət, düşmənimə cəza tələb edəcəm. Bir gün mənim həqiqətim qalib gələcək. Və o gün mənim həqiqətim düünyanın qulağını da, gözünü də açacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5543 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}