Mobil versiya
Deputat Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla görüşüb -Fotolar
Tarix: 04-12-2025 | Saat: 11:34
Bölmə:Manşet / Özəl | çapa göndər

Deputat Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov  2025-ci il 4 dekabr tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.

aia.az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbul zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.

Sonda  İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026