Şəhidlər xiyabanında Soyqırım abidəsinin qoyulması TƏKLİF EDİLDİ
Tarix: 24-02-2017 | Saat: 16:55
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar" qərar layihəsi müzakirə edilib.
AİA.Az APA-ya istinadən xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımının təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirmək istəyən qüvvələr olub, icraçıları isə Ermənistandır. O qeyd edib ki, hadisə Milli Məclisin qərarları ilə soyqırımı kimi tanınıb: "İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 21 ştatında müvafiq qərar qəbul olunub. Bu günlərdə Milli Məclisin üzvləri dünyanın bir sıra ölkələrində soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün səfərə çıxıblar. Azərbaycan ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq. Bu vəhşiliyi törədənlər layiq olduqları cəzalarına çatacaqlar".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədənlər barədə şifahi də olsa cinayət işi başlamalı və məhkəmə hökm çıxarmalıdır: "Onların bir neçəsi cinayət törətdiyini BMT-nin sürtülmüş kürsüsündə belə etiraf edib. Ermənistan prezidenti Serj Sarkisya da onlardan biridir. Bundan artıq etiraf lazımdır? Ermənistanın "böyük ziyalısı" Zori Balayan uşaqların öldürülməsi, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Nəyə görə biz onların izahat yazmasını və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Barələrində indidən qərar çıxarılmalıdır və tutulub gətirilməlidirlər. Bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq".
Vitse-spiker Bahar Muradova isə deyib ki, müharibə etmək, sülh istəmək onu necə həyata keçirmək adamların dünya görüşü, həyata baxışı qəlbdən gələn şəkildə ifadə oluna bilər: "Amma bir qayda olaraq, siyasət siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir".
B.Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq. Bu faciəni unutmaq olmaz.
Deputat Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. O, Şəhidlər xiyabanında Xocalı abidəsinin qoyulması təklifini irəli sürüb: "Bakıda soyqırımı muzeyi ilə bərabər, Şəhidlər xiyabanında informasiya mərkəzinin yaradılması da vacibdir. Soyqırımı dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı "Pianoçu" filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq".
Deputat Rafael Cəbrayılov ona dəstək olaraq, deyib ki, Azərbaycanda soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur: "Şəhidlər xiyabanında soyqırımı memorial kompleks salınmalıdır".
Deputat Pərvin Kərimzadə isə bildirib ki, 1976-cı ildəd ünyada beynəlxalq cinayət anlayışı formalaşıb və soyqırımı anlayışı beynəlxalq cinayət kimi qəbul olunur. Deputat BMT-nin müvafiq sənədlərini xatırladaraq bildirib ki, Xocalı soyqırımı məhz beynəlxalq cinayətdir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024