Mobil versiya
PKK-ya daha bir zərbə: terrorçuların əsas maliyyə mənbəyi kəsildi
Tarix: 26-09-2015 | Saat: 13:24
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

PKK-ya daha bir zərbə: terrorçuların əsas maliyyə mənbəyi kəsildi
Türkiyənin müvafiq hökumət orqanlarının keçirdiyi əməliyyat zamanı bu ilin ötən 8 ayı ərzində maliyyə dəyəri 165 milyon ABŞ dolları olan 80 milyon paket qaçaq siqaret ələ keçirilib

Aia.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, qaçaq siqaret ticarətindən əldə olunan gəlirlər PKK-nın əsas maliyyə mənbələrindən biri olub. Artıq Türkiyə hökuməti PKK-nın əsas maliyyə mənbəyi olan qaçaq siqaret ticarətinə böyük zərbə vurub. Əməliyyat zamanı müsadirə olunan 80 milyonluq qanunsuz siqaret paketlərinin 5 milyonu İstanbulda ələ keçirilib.

Ümumilikdə isə İstanbul şəhər Qaçaqmalçılıqla Mübarizə İdarəsinin 2015-ci ildə keçirdiyi 160 əməliyyatda 300 nəfər saxlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024