Mobil versiya
Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb -Fotolar
Tarix: 20-10-2025 | Saat: 22:59
Bölmə:Karusel / Gündəm / Parlament | çapa göndər

Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşlərdə belə mühüm beynəlxalq tədbirlərin bir sıra qlobal problemlərin müzakirəsi və effektiv həlli yolları ilə bağlı təkliflərin irəli sürülməsi, həmçinin, ikitərəfli əlaqələrin nəzərdən keçirilməsi üçün yaxşı platforma olduğu qeyd edilib.

Söhbətlər zamanı beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər qeyd olunub.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025