Mobil versiya
Torpaqlar peykdən qeydə alınacaq
Tarix: 21-02-2017 | Saat: 15:26
Bölmə:Media / Aia TV | çapa göndər

Torpaqlar peykdən qeydə alınacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda torpaqların elektron uçotu və kadastr sisteminin qurulması sahəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığa başlayıb.

AİA.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərinin məlumatlarından da istifadə olunacaq.

Azərbaycan prezidenti İlham Əliyevin bununla bağlı fərman və tapşırıqlarında torpaq uçotu işlərində müasir avadanlıqlardan istifadə və "Azərkosmos” ASC ilə əməkdaşlıq da xüsusi vurğulanır. Bu tapşırıqların icrasına uyğun olaraq komitə artıq "Azərkosmos” ASC ilə birgə əməkdaşlığa başlayıb.

Bu məqsədlə bu gün "Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında Kosmik Müşahidə peyk xidmətlərindən istifadə” edilməsinə həsr edilmiş İctimai Təqdimat keçirilib.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (DƏKÜRX) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Azərkosmos” ASC arasında Kosmik Məsafədən Müşahidə peyk xidmətləri sahəsində Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, iki qurum arasında əməkdaşlıq torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi sahələrini əhatə edəcək.

Eləcə də, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, torpaq ehtiyatlarının mühafizəsi, torpaqların eroziyasının və səhralaşmanın analizi (spektral analizlər) məqsədi ilə kosmik təsvirlərdən istifadə olunacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024