Mobil versiya
Arif Babayev üçün özəl gün
Tarix: 20-02-2017 | Saat: 13:02
Bölmə:Seçilənlər-6 | çapa göndər

Arif Babayev üçün özəl gün


Bu gün xalq artisti Arif Babayevin ad günüdür.

AİA.Az axşam.az-a istinadən bildirir ki, muğam ifaçısının 79 yaşı tamam olur.

Qeyd edək ki, A.Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z.Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş.Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb.

1990-cı ildə tarixdə ilk dəfə "muğam professoru" adı alıb. İfaçı hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024