Mobil versiya
Rusiya separatçıların sənədlərini tanıdı
Tarix: 18-02-2017 | Saat: 22:24
Bölmə:Karusel | çapa göndər

Rusiya separatçıların sənədlərini tanıdı







Rusiya Ukraynanın Donbas bölgəsindəki "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb.

Aia.Az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında daimi yaşayan Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlərin Rusiyada tanınması barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, bu, müvəqqəti tədbirdir və qeyd olunan rayonlarda vəziyyət siyasi cəhətdən nizamlananadək qüvvədə olacaq.

O vaxtadək qeyd olunan ərazilərdə faktiki olaraq fəaliyyət göstərən orqanlar tərəfindən verilən sənədlər həqiqi hesab ediləcək.

Fərmanda, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya vizasız gediş-gəlişinə icazə verildiyi qeyd olunur.

Fərman imzalandığı gündən qüvvəyə minir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024